Baş Nazir Əli Əsədov Bakının Bibiheybət qəsəbəsində baş verən sürüşmə ərazisinə gəlib.
Yenicag.az xəbər verir ki, Ə.Əsədov hadisə yerinə baxış keçirib.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri də hadisə yerinə gəliblər.
Xatırladaq ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.
Hadisə nəticəsində əraziyə gedən yol bağlanıb.