Baş nazir yıxıldı – Video

75595fgbhnParisdə gerçəkləşdirilən Birlik yürüşündə iştirak etmək üçün bu ölkəyə gələn Danimarkanın Baş naziri Helle Torninq-Şmitt maraqlı olayla üz-üzə qalıb.

Qadın Baş nazir prezident Fransua Ollandın iqamətgahından bayıra çıxarkən pilləkəndən yıxılıb və dizləri üstə yerə düşüb. Ayağa qalxan Baş nazir əvvəl dizlərini çırpıb, sonra isə ayaqqabılarını təmizləyib. Bütün bunlar operatorların diqqətindən yayınmayıb və dünya mediası o görüntüləri yayıb.

Qeyd edək ki, Baş nazirin belə hadisə ilə üzləşdiyi ilk dəfə deyil. Ötən ilin oktyabr ayında o, xidməti maşınından enərkən ayaqqabısının sol tayını yerə salmışdı və gülərək onu yenidən ayağına taxaraq avtomobildən yerə düşmüşdü.

2013-cü ilin dekabrında isə o, az qala ABŞ prezidenti Barak Obama ilə onun xanımı Mişel Obamanı boşatdıracaqdı. Belə ki, yaraşıqlı gözəl Baş nazir tədbirlərin birində Obama ilə yanaşı oturduqdan sonra onunla mehriban söhbət edib və selfi çəkdirib. Bütün bunları isə yaxınlıqda oturan Mişel Obama hirslə izləyib(aznews.az).