!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazirdən xəbərdarlıq: Bu, müharibə elanı sayılacaq

!Reklam – Yazi

İordaniya İsraillə sərhədlərində hərbi varlığını gücləndirib və xəbərdarlıq edib ki, İsrailin fələstinliləri İordan çayından keçirməyə məcbur etmək cəhdi sülh sazişinin pozulması deməkdir.

Yenicag.az xəbər verir ki, bunu baş nazir Bişər Xasavnə elan edib.

O bildirib ki, ölkəsi İsrailin fələstinliləri İordan çayının qərb sahilindən kütləvi şəkildə qovmaq üçün köçürmə siyasəti həyata keçirməsinin qarşısını almaqdan ötrü ixtiyarında olan bütün vasitələrə əl atacaq.

B. Xasavnə İsraillə 1994-cü il sülh müqaviləsinə istinad edib: “Buna gətirib çıxara biləcək hər hansı bir hərəkət və ya şərait yaradılmasını İordaniya müharibə elanı və sülh müqaviləsinin pozulması hesab edəcək”.

“Bu, Fələstin məsələsinin aradan qaldırılmasına gətirib çıxaracaq və İordaniyanın milli təhlükəsizliyinə xələl gətirəcək”, – deyə Xasavnə əlavə edib.

www.yenicag.az

134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv