Baş nazirdən Filarmoniya ilə bağlı qərar

Nazirlər Kabinetinin qərarına əsasən gələn ilin əvvəlində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu veriləcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Mədəniyyət və Turizm Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, qərar 2018-ci ilin 1 yanvarında qüvvəyə minəcək.

Yenicag.az