Baş nazirdən üç qoruqla bağlı QƏRAR

Azəraycanda üç dövlət-tarix-mədəniyyət qoruğunun əsasnaməsini təsdiq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Çıraqqala-Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əsasnamələri təsdiq edilib.

Hər üç qoruq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Qoruqların fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları barədə ətraflı məlumatla buradan tanış ola bilərsiniz.