Baş nazirə hörmətsizlik: Ayaqqabıda yemək verdilər

İsrailin baş naziri Benyamin Netanyahunun evində yaponiyalı həmkarı Şinzo Abe üçün şam yeməyi təşkil olunub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Şinzo Abeyə ayaqqabıda şirniyyat təklif olunub. Baş nazir və xanımı bu hərəkətə görə narahatlıq keçirib.

Yaponiyalı diplomatlar isə bu hərəkətin qəsdən edildiyini bildirirlər:

“Dünyada heç bir mətbəx mədəniyyətinə görə masaya ayaqqabı ilə yemək gətirilmir. Yaponlar ofisə və ya evlərinə ayaqqabı ilə girmirlər. Hətta baş nazir, nazirlər və millət vəkilləri isə bürolarına ayaqqabısız girirlər. Bu, bir yəhudiyə donuz şəklində olan bir qabda şokolad verilməsi kimi bir şeydir”.