Baş nazirin müavini: “Afrində qalmaq niyyətimiz yoxdur”

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ türk qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağını söyləyib.

Yenicag.az “Anadolu” agentiyinə istinadən xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verib: “Biz oraya işğal üçün getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. orada qalmaq niyyətimiz yoxdur”.

“Afrini terrorçulardan təmizlədik, indi də minalardan təmizlənmə işləri gedir”, – deyə o əlavə edib.

Bozdağ, Suriyadakı siyasi böhranın aradan qaldırılmasından sonra qoşunların çıxarılacağını ifadə edib:

“Suriyada güc vakuumu var, fərqli qüvvələr var, müxalifət var. Biz Afrində hakimiyyəti yerli əhaliyə təslim edəcəyik. İndi əsas məsələ böhrandan siyasi çıxış yolu tapmaqdır və o tapılan kimi, biz oradan çıxacağıq”.

COP29