Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baş nazirin müavini həmsədrlərlə çağırış etdi

Reklam: Sinerji Pro

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən gözləntimiz ondan ibarətdir ki, onlar ədalətli qərar qəbul olunması üçün daha ciddi şəkildə çalışsınlar. Özlərinin vəzifələrinin təkcə regiona səfər etməklə bitmiş bilməsinlər”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərir, amma Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımi addımlar atılmır.

“Müəyyən işlər görürlər. Onların fəaliyyətinə ədalətsiz qiymət vermək istəmirəm. Amma münaqişənin həll olunması üçün bizim istədiyimiz, məcburi köçkünlərimizin həyatının yaxşılaşdırılması üçün arzuladığımız əsas işlər görülməyib.

Torpaqlarımız azad olunmayıb və insanlarımızın öz yurd-yuvasına qayıtması üçün şərait yaradılmayıb. Bizim onlardan gözləntimiz bunlardır. Bu yaxınlarda müxtəlif bəyanatlar səsləndiriblər. Əsas bəyənat o olmalıdır ki, nəhayət bu problem öz həllini tapsın. Bu problem həddən artıq çox uzanıb. Problemin uzanması insanlara qarşı olan ədalətsizliyin davam etməsidir. Münaqişənin həll olunmamış qalması bölgədə gərginliyin atmasına xidmət edir”.

Yenicag.az

www.yenicag.az

708
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100