Baş nazirin müavini özünü güllələdi

c4ffbb49dd89ae440b778e31306623f4Rusiya baş nazirinin müavini Dmitri Roqozin tir atışı zamanı təsadüfən öz ayağına atəş açıb.

Bu barədə məlumat verən mənbə bununla D.Roqozinin ötən həftə prezidentin hökumət üzvləri ilə keçirilən görüşünə və Nazirlər Kabinetinin dekabrın 28-də baş tutan iclasına qatılmamasına aydınlıq gətirib. Hadisə təlim atışı zamanı baş verib.

Bildirilir ki, məmur hazırda Moskva xəstəxanalarından birindədir və həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, Dmitri Roqozin dekabrın 20-də tirdə atışda iştirak etməsi barədə sosial şəbəkədə video da paylaşıb.(APA)