Baş nazirin oğlu saxlanıldı

Ficinin Baş naziri Frenk Bainimaramanın oğlu Avstraliyada saxlanılıb.

Yenicag.az ABC-yə istinadən xəbər verir ki, Baş nazirin oğlu Ratu Meli Bainimarama bir neçə gün əvvəl Avstraliyanın Parramatta şəhərində hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Bildirilir ki, onun saxlanılmasına səbəb ailədaxili şiddət hallarıdır.

Qeyd olunur ki, o, yaxın günlərdə hakim qarşısına çıxarılacaq.