İngiltərənin baş naziri David Kamerun ölkəsinin yaxın 5 il ərzində 20 min miqrantı qəbul etməyə hazır olduğunu bildirib.
Yenicag.az xəbər verir ki, İngiltərə hökuməti 2020-ci ilə qədər Suriyadan olan 20 min qaçqına sığınacaq verəcək. Baş nazir qeyd edib ki, İŞİD və Əsəd rejiminin vəhşiliklərindən qaçan insanların bütün hüquqları bərpa edilməlidir.
Kamerun sözlərinə görə, miqrantlara İngiltərədə həmişəlik yaşama və işləmək hüququ verilməyəcək. Lakin 5 ildən çox bu ölkədə yaşayan hər hansı miqrant vətəndaşlıq üçün müraciət edə bilər.
Baş nazir həmçinin Bodrum sahilində cəsəti tapılan 3 yaşlı suriyalı uşağın fotosuna da münasibət bildirib. O, bu fotonun bütün dünyanı dərindən silkələdiyini deyib.