Baş nazirinin müavini istefa verdi – İş kompüterində pornoqrafik şəkillər tapıldı

Böyük Britaniyanın baş nazirinin müavini Demian Qrin istefa verib.

Yenicag.az xəbər verir ki, buna 2008-ci ildə onun iş kompüterində pornoqrafik şəkillərin tapılması barədə yayılan xəbərlər səbəb olub.

61 yaşlı siyasətçi kompüterində tapılmış şəkillərlə bağlı “qeyri-dəqiq və dolaşıq bəyanatlar” verməsi ilə əlaqədar vəzifəsindən gedib.

Qeyd edək ki, o, bu vəzifəyə 2017-ci ilin iyununda təyin olunmuşdu.

COP29