İordaniya parlamentində gərgin anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, səsvermə zamanı parlamentdə iştirak edən vətəndaşlardan biri ölkənin baş naziri Ömer Razzazla danışmaq istəyib.
Lakin vətəndaşa icazə verilmədiyi üçün o, intihara cəhd edib.
Baş nazir vətəndaşı razı salmağa çalışdığı anda o, ikinci mərtəbədən yerə yıxılıb. Ətrafdakıların anında müdaxiləsi intihara cəhd edənin xəsarət almaması ilə nəticələnib.
Sonda isə vətəndaş istəyinə çatıb.