Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baş nazirlikdən gedən Netanyahudan ilk AÇIQLAMA

Baş nazir kabinetini tərk etməyimə baxmayaraq, siyasətdən çəkilməyəcəyəm.

Yenicag.az xəbər verir ki, bu sözləri İsrailin artıq keçmiş baş naziri sayılan Benyamin Netanyahu deyib.

O, hazırda müxalifətə keçən “Likud” partiyasının rəhbəri olaraq qalacağını və gələcək seçkilərdə namizəd olacağını bildirib:

“Bu təhlükəli solçu hökuməti (bu gün seçilən hökuməti nəzərdə tutur – red.) devirmək üçün gündəlik mübarizənizdə sizə rəhbərlik edəcəyəm və Allahın köməyi ilə bu, düşündüyünüzdən daha sürətli olacaq”.

Qeyd edək ki, İsrail Knesseti yeni hökumətin tərkibini təsdiq edib. Qərara əsasən, yeni hökumətə Naftali Bennet rəhbərlik edəcək.

www.yenicag.az

168
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100