Baş prokuror Eldar Mahmudovun həbs məsələsindən danışdı

zakir qaralov teyinat (1)Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri  Zakir Qaralov Gununsesi.info-nun sorğusuna cavab olaraq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs olunmaması məsələsinə toxunub.

Z.Qaralov bildirib ki, MTN-nin işi ilə bağlı istintaq davam edir, bir iş artıq məhkəməyə göndərilib. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq.

Baş prokuror onuda əlavə edib ki, bütövlükdə istintaq 280 epizod üzrə aparılır: “Həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir.

COP29