Baş prokuror əmr imzaladı – TƏYİNATLAR

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Yenicag.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Əli Şükürov Bakı hərbi prokuroru, Elşən Əli-məmmədov Zaqatala hərbi prokuroru, Surxay Hüseynov isə Qarabağ hərbi prokuroru vəzifələrinə təyin ediliblər.