!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş Prokurorluğun xidmət rəhbərinin fəaliyyətinə xitam verildi - FOTO

!Reklam – Yazi

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri – böyük prokuroru, baş ədliyyə müşaviri Rəhim Əliyevin qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorun müavini Elmar Camalov martın 29-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

R.Əliyevə “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edilib.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv