Baş Prokurorluğun kollektivi səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik ediblər.
Yenicag.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun “facebook”, “instagram” və “twitter” səhifələrində paylaşım edilib.
Paylaşımda Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından səhiyyə işçilərinin peşə bayramı günü münasibəti bütün tibb işçilərinin ünvanına təbrik ünvanlanıb: “İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq kimi müqəddəs və şərəfli vəzifələri həyata keçirən bu peşə sahiblərinə xoşbəxtlik və möhkəm can sağlığı arzu edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün apardıqları fədakar mübarizədə səhiyyə işçilərinə uğurlar diləyirik”.