Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baş Prokurorluqdan turizm şirkətlərinə XƏBƏRDARLIQ

Baş Prokurorluq vətəndaşları aldadan turizm şirkətlərinə xəbərdarlıq edib.

Qurumdan Yenicag.az-a verilən məlumatda bildirilir ki, son zamanlarda ölkə ərazisində turizm şirkətlərinin sayı olduqca artmaqdadır:

“Həmin şirkətlər müxtəlif marketinq üsullarından istifadə etməklə “isti təkliflər” təqdim edib özlərinə müştəriləri cəlb edir.

Bir çox hallarda vətəndaşlar bu kimi təkliflərə aldanaraq kifayət qədər məlumat əldə etmədikləri, tanımadıqları turizm şirkətlərindən saxta “səyahət paketlərini” almağa tələsirlər və nəticədə dələduzluq əməllərinin qurbanlarına çevirirlər.

Səyahət etmək istəyən şəxslərə xarici ölkələrə tur aldıqları şirkətlərin etibarlılığına diqqət yetirmələrini və yalnız müvafiq rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə ödəniş etmələrini tövsiyə edirik.

Azərbaycan Respublikası Baş Prokurorluğu saxta “səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edir”.

www.yenicag.az

108
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100