!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş Qərargah rəisinə sanksiya tətbiq edildi

!Reklam – Yazi

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH generalı Qasım Süleymaninin 3 yanvar 2020-ci il tarixli hücumu ilə bağlı terrorla mübarizə çərçivəsində hazırlanan və ABŞ-ın keçmiş prezidenti Donald Tramp başda olmaqla, yüksək rütbəli amerikalı rəsmilərin də daxil olduğu sanksiya siyahısı yenilənib.

Yenicag.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.

Yenilənmiş sanksiyalar siyahısına ABŞ ordusunun Baş Qərargah rəisi Mark Milley, Milli Təhlükəsizlik Agentliyinin rəisi Nakasone, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Kennet Makkenzi, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran əməliyyatları rəhbəri Mişel Entoni Dandrea, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli və keçmiş milli təhlükəsizlik müşaviri Robert Çarlz Obrayen də daxil olmaqla, 51 yüksək səviyyəli amerikalı var./axar.az/

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv