Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baş redaktor Fikrət Məmmədova müraciət etdi: "Mənsiz, mənim arqumentlərimi dinləmədən mənə cərimə kəsiblər"

Hörmətli cənab Fikrət Məmmədov, ümid edirəm ki, mənim bu şikayətimi nəzərə alacaqsınız!

Azərbaycan məhkəmələrinin çxartdığı qərardadların qəribəliklərinə çox rast gəlmişdim. Lakin bu dəfəki məni lap təəcübləndirdi.
Bu günlərdə Səbail rayonu məhkəmə icraçılarından Səbail məhkəməsi tərəfindən 2000 manat cərimələndiyim barədə məlumat aldım. Doğrusu, çox təəcübləndim. Nəyə görə, kimə görə hansı məhkəmə? Axı mənim heç nədən xəbərim yoxdur. Araşdırdıqdan sonra məlum oldu ki, 2018-ci ildə Əliyev Qabil Tofiq oğlu Teref.az saytına qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət edib. (Apelyasiya məhkəməsindən mənə gələn məktubdan ) və məhkəmə 04.09.2020-ci ildə məni, yəni baş redaktor İsmayılov Nurəddin Abbas oğlunu 2000 manat cərimələmək barədə qətnamə çıxardır.

Qəribə budur ki, məhkəməyə verilən Teref.az saytında bütün rekvizitləri, yəni adresi, telefon nömrələri, e-mail adresi ola-ola məhkəmə baş redaktorun, yəni mənim yaşayış yerimə çağırış göndərib. Mənim isə qeydiyyatım Səbail RPŞ-dir və ora gələn çağırışlar geri qaytarılır. Mənə məhkəməyə çağırış çatmır.

Beləliklə Teref.az saytının və onun baş redaktorunun 2 il müddətində gedən məhkəmə iclaslarından xəbərim olmur və məhkəmə mənə 2000 manat cəza kəsir. Mənsiz, saytın xəbəri olmadan və mənim əsaslı arqumentlərimi dinləmədən. Niyə? Niyənin cavabını aşağıda verəcəm.

Azərbaycan mediasında 2018 –ci ildə “Hom Paş Prestij” MTK-nın sahibləri olan Azərbaycan vətəndaşı Qabil Əliyev və Türkiyə vətəndaşı olan H.Yiğitdölü arasında gedən məhkəmə çəkişmələri haqqında yazılar gedirdi. Təbii olaraq Teref.az saytıda bu saytlara istinad edərək bütün bu yazıları və şikayətləri dərc edirdi. Qeyd etmək istəyirik ki, şəriklərdən biri olan Türkiyə vətəndaşı H.Yigitdölü məhkəmədən başqa baş prokurora müraciət edərək, şəriki Azərbaycan vətəndaşı Qabil Əliyevi dələduzluqda ittiham edib. Bütün bunlar rəsmi sənədlərdə qeyd edilib. Və əsasda budur ki, H.Yiğitdölü 1-ci instansiya məhkəmə çəkişməsini udub. Və bizdə bütün bunları saytlara istinadən saytımızda dərc etmişik. Bundan başqa, məhkəmə zalında Türkiyə vətəndaşı H. Yiğitdölünün sözləri əsasında kiçik bir replikada dərc etmişik. Bu. hadisələrin proloqudur və ən maraqlısı bundan sonra Teref.az saytı və onun baş redaktoru mənim və şəriklərdən biri olan Qabil Əliyev tərəfindən cərəyan edir. Bu da onun bizim poçtumuza göndərdiyi məktub və bizim ona cavabımız:
“FWD: Re:
Gabil Aliev
9 октября 2019, 18:48
Кому: вам
Salam.
Hec bir məhkəmə qərarı mənim barəmdə yoxdur.Siz məqalədə mənim barəmdə böhtan yazmısınız.Bunu tekzib edin və sizə mənim barəmdə böhtan atan adamın şəxsiyyətini bildirin.Əks təqdirdə qanunlarımızın mənə verdiyi hüquqdan tam qüvvəsi ilə istifadə edəcəyəm.Əlınızdə qanuni qüvvəyə minmiş hec bir məhkəmə qərarı yoxdur və ola da bilməz.Ğondədiyiniz mənbələrin isə hec bir əsası olmayan dedi qodudur.14.10.2019 cu ilə qədər Sizdən təkzibinizi ğözləyirəm.Daha sizinlə polemikaya ğirməyəcəyəm .
Hörmətlə

Aliyev Qabil

——– Пересылаемое сообщение ——–
От: Nureddin Ismayilov
Дата: 09.10.2019, 17:03
Кому: Gabil Aliev
Тема: Re:

Qabil müəllim lütvən bu sənədlərin elektron varinatını bizim poçta göndərin ki, biz onları dərc edək. AR qanunvericiliyinə əsasən sizin müraciətinizi saytrımızın səhifəsində dərc etməyə hazırıq. Tam dərc etmək üçün PDF yəni fotokopyanı deyil, elektron variantını göndərin. Məhkəmədə nümayəndəmiz iştirak edəcək.\biz bu prosesi səhifəmizdə işıqlandırmışıq və işıqlandırmağa dsavam edəcəyik.Sizin mövqeyinizi işıqlandırmağa hazırıq.
http://teref.az/manset/130342-bakinin-merkezinde-ev-alan-74-nefer-aldadildi-eve-koce-bilmirler.html
http://teref.az/karusel/78194-bakida-hom-pash-prestij-in-turk-sahibini-sheriki-nece-aldatdi-reportaj-mehkeme.html
http://teref.az/manset/82026-sheriki-hom-pash-mtk-sahibini-prokurorluqla-hedeleyir-qaralova-mektub.html
Amma yaxşı olardı ki, siz bu qərarların elektron variantını bizə göndəırə idiniz. Gələn üçüncü gün məhkəmədə iuştirak edib sizin vəkilədə sullarımızı ünvanlayacayıq.
Teref.az
Среда, 9 октября 2019, 12:05 +03:00 от Gabil Aliev :

Bu qərar qüvvəyə minib.Başqa məhkəmə və istintaq qəqarları ilə Hikmət Yigitdolün işi hal hazırda ağır cinayətlər məhkəməsində davam edir.Hər ücüncü gün saat 10-da məhkəmə iclasıdır. ğedib qulaq asıb kimin kim olduğunu bilərsiniz. Məlumatı təkzib edin və sizə yanlış məlumat verənin şəxsiyyətini mənə bildirin.

Aliyev Qabil”

Və biz Qabil bəyin bizə göndərdiyi Apelyasiya məhkəməsinin qərarına əsasən Qabil bəyin günahsz olduğunu və təkzibi verdik.

(13-10-2019, 11:14
https://teref.az/sosial/175784-mehkeme-qerar-verdi-ve-saytimiz-sozunun-ustunde-durdu-tekzb.html
Məhkəmə qərar verdi və saytımız sözünün üstündə durdu (TƏKZİB)
Qeyd etmək istəyirəm ki, bundan əvvəldə biz bu barədə yazmışdıq:
https://teref.az/arasdirma/130454-nter-mmc-nin-sahibi-qalib-eliyev-baki-apelyasiya-mehkemesi-nzibati-qtisadi-kollegiyasinin-22-may-2018-il-qerari-ile-gunahsiz-sayilib.html
“İnter” MMC-nin sahibi Qalib Əliyev Bakı Apelyasiya Məhkəməsi İnzibati İqtisadi Kollegiyasının 22 may 2018 il qərarı ilə günahsız sayılıb
9-10-2019, 20:48

Beləliklə bu hadisədə Səbail məhkəməsinin tutduğu mövqe heç başa düşülən deyil. Hər halda ümid edirik ki, apelyasiya məhkəməsi bu içi araşdıraraq düz nəticə çıxardacaq!

P.S Qeyd etmək istəyirik ki, saytımızın əlaqə bölümündə əlaqə nömrəmiz, adresimiz, elektron poçtumuzun adresi olmağına baxmayaraq, bizə heç bir xəbər verilməyib. Yuxarıda qeyd etdiklərimdən göründüyü kimi, şikayətçi dəfələrlə mənimlə yazışıb, iddialarını bildirib və tələblərini çatdırıb. Bizdə qanunlara uyğun olaraq qarşı tərəfin fikirlərini və öz mövqemizi dərc etmişik. Lakin nədənsə məhkəmə saytdakı rəsmi qeydiyyatlara fikir verməyərək, mənim şəxsən qeydiyyatda olduğum ünvana (Səbail RPŞ-nə) çağırış göndərib. (Əgər göndəribsə) Və beləliklə mənsiz, mənim arqumentlərimi dinləmədən mənə cərimə kəsiblər.

Teref.az saytının baş redaktoru, 2 –ci qrup Qarabağ əlili
Nurəddin (Xoca) İsmayılov

Loading...

www.yenicag.az

144
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100