Baş redaktor güc nazirlərinə müraciət etdi

Son günlər Unikal.org xəbər portalına haker hücumları intensiv hal alıb. Dünən gecə saatlarından başlayaraq portala haker hücümü daha da artıb. Texniki heyət önləyici tədbirlər görsə də, sayta giriş məhdudlaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Unikal Media Qrupun rəhbəri Asəf Rzayev deyib ki, son günlər sayta yayımlanan xəbərlər ictimai rəydə rezonans doğurduğu üçün kimlərsə bundan ciddi narahat olur:

“Təbii ki, biz bu hücumların kimlər tərəfindən təşkil olunduğunu deyə bilməsək də, müəyyən şübhələrimiz var. Hücumlar müxtəlif istiqamətlərdən olduğunda qarşısını almaq mümkün olmayıb. Hazırda texniki heyət saytın arxivinin qorunması istiqamətində ciddi səy göstərir. Çünki hücumun sifarişini kim veribsə, Unikal.org-a ciddi zərbə vurmaq istəyir”.

Media Qrupun rəhbəri Asəf Rzayev DTX rəisi Əli Nağıyevə, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naiziri Vilayət Eyvazova müraciət edərək Unikal.org xəbər portalına qarşı təşkil olunan haker hücumunun qarşısının alınması ilə bağlı göstəriş verilməsini xahiş edib.

COP29