!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş redaktor hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

!Reklam – Yazi

1441205523_hebibe-abdullaAfn.az portalının baş redaktoru Həbibə ABDULLA hüquq-mühafizə orqanlarına müraciət edib.

Milli təhlükəsizlik naziri Eldar Mahmudova, daxili işlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova ünvanlanmış müraciətdə bildirilir:

“Hörmətli cənab nazirlər və Baş prokuror

Son bir həftə ərzində mütəmadi olaraq mənə məlum olmayan şəxslərin açıq təhdidləri ilə üzləşməkdəyəm.
Avqustun 29-da baş redaktoru olduğum AFN.AZ saytının, özümün və həyat yoldaşımın Facebook profilləri sındırılıb. Saytın profilindən yaxın keçmişdə partiyadaşları ilə ciddi konflikt yaşamış bir AXCP-çi xanım barədə nalayiq məlumat yayılıb. Daha sonra profildən AXCP sədrinin təbliğatına yönəlik məlumatların, bəzi qeyri-əxlaqi material və fotoların paylaşımı edilib.
Avqustun 31-də dostların yardımı ilə öz profilimi geri ala bildikdən sonra özlərini AXCP-çi kimi təqdim edən şəxslərdən təhdid və hədə-qorxu dolu məktublar almağa başladım. Hətta bu barədə facebook vasitəsilə AXCP rəhbərliyinə müraciət də etdim. Hədələr dayanmadığı üçün işi hüquqi müstəvidə həll etmək qərarına gəldim və rəsmən Milli Təhlükəsizlik Naziriyinə müraciət etdim. Və bu addımım barədə təhdid göndərənləri də məlumatlandırdım.
Bu gün isə yenidən mənim Facebook profilim sındırılaraq, oradan AXCP sədri Əli Kərimlinin müdafiəsinə yönəlik çağırış və təhdid paylaşılıb.
Bütün baş verənləri təhlil etdikdən sonra bu qənaətə gəldim ki, bu hücumların arxasında mənə qarşı ciddi planlar dayanır.
Bu hadisələrə qədər heç bir vaxt haqqında kobud yazmadığım, təhqir etmədiyim, rəhbərlik etdiyi partiyanın çoxsaylı üzvləri ilə kifayət qədər isti münasibətlərimin olduğu Əli Kərimli və onun həqiqi tərəfdarlarının mənə bu qədər nifrət etməsinə səbəb olacaq fəaliyyətim olmadığı üçün hesab edirəm ki, baş verənlər məqsədyönlü bir planın tərkib hissəsidir.
Kimlərsə mənim fiziki məhvimi, yaxud fiziki təzyiqlər hazırlayır və qənaətimə görə, burada iki variant mümkündür: 1. Bunu edənlər məqsədyönlü şəkildə işdə diqqəti AXCP və Əli Kərimlinin çevrəsinə yönəltməyə çalışır. 2. Həqiqətən də bu proses AXCP fəalları tərəfindən idarə olunur.
Hər bir halda, bu planın arxasında kimlərin dayanmasından asılı olmayaraq, Sizdən şəxsimə qarşı yönəlmiş fəaliyyətləri durdurmaqda, təhdid və hədə-qorxuları edən şəxslərin tapılaraq qanun çərçivəsində cəzalandırılmasını təmin etməyinizi xahiş edirəm.

Hörmətlə
Həbibə ABDULLA,
AFN.AZ portalının baş redkatoru”

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv