!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş redaktor saytının 3 illik fəaliyyəti ilə bağlı açıqlama verdi

!Reklam – Yazi

 

12193733_699847480150139_799716607143336622_nBu gün XALQ.AZ saytının 3 yaşı tamam olur. Bu barədə saytın baş redaktoru Zaur Mirzə-zadə məlumat verib:

“İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda XALQ.AZ  xəbər portalı ötən 3 ildə Azərbaycan internet məkanında özünə layiqli mövqe qazana bildi və  hazırda populyar xəbər resurslarından biri  kimi tanınır. “XALQ.AZ” saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər,  dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. “XALQ.AZ” saytı qısa bir müddətdə  geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq üç  ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər XALQ.AZ-la əməkdaşlıq edir”.

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv