!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş redaktorun məhkəməsi başladı

!Reklam – Yazi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Yenicag.az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra A.Məmmədovun vəkili Elçin Sadıqov vəsatət qaldırıb. O, cinayət işinə xitam verilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası yanvarın 11-nə təyin olunub.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur./Report/

www.yenicag.az

1863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv