Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Baş redaktorun namizədliyi qeydə alındı - FOTO

DİA saytının Baş redaktoru Məhəmməd Ərsoyun namizədliyi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı açıqlama verən Məhəmməd Ərsooy bildirib ki, Prezident İlham Əliyevin çağırışı ilə vətənini, millətini sevən bir gənc olaraq yenidən namizəd olmaq qərarını verib:

“2005-ci ildə Mingəçevirdən 47 saylı dairədən deputatlığa namizəd olmuşdum. Böyük fərqlə hazırki deputat Aydın Mirzəzadəyə qalib gəlsəm də, qələbəm rəsmən tanınmadı. İndi isə yenidən seçkilərə qatılmaq qərarını verdim.

Nə 2010-cu ildə, nə də 2015-ci ildə namizəd olmadım. Çünki artıq seçki sisteminə inamım qalmamışdı.

Amma indi inanıram və Prezidentimin çağırışına söykənərək bu seçkilərdə yenidən 47 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm.

Ümid edirəm ki, 2005-ci ildə məni seçən mingəçevirlilər yenidən eyni seçimi edəcəklər”.

www.yenicag.az

147
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM