“Başakşəhər”dən şok məğlubiyyət

Türkiyə Superliqasında 25-ci tura start verilib.

Yenicag.az xəbər verir ki, turun açılış günündə bir görüş keçirilib.

“Qalatasaray”la liderliyi bölüşən “Başakşəhər” səfərdə “Alanyaspor”la qarşılaşıb.

Görüş gözlənilməz nəticə ilə yekunlaşıb. Turnir cədvəlinin 15-ci pilləsində qərarlaşan Alanya təmsilçisi rəqibini 4:1 hesabı ilə darmdağın edib.

9 mart

“Alanyaspor” – “Başakşəhər” – 4:1
Qollar: Fernandez, 32 , 88, Karaca, 66, Akbaba, 81 – Bayiç, 85