“Başakşehir” Arda Turanla yollarını ayırıb – RƏSMİ

Türkiyənin “Başakşehir” klubu futbolçusu Arda Turanla yollarını ayırıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Bildirib ki, futbolçu karyerasında yeni səhifə açmaq üçün klub prezidenti Göksel Gümüşdağdan icazə istəyib və müsbət cavab alıb.

Qeyd edək ki, Arda Turan müqavilə ilə İspaniyanın “Barselona” klubuna məxsusdur. O, 2017/2018 mövsümünün əvvəlində “Başakşehir”ə icarəyə verilib. Ardanın İstanbul klubuna icarəsinin müddəti və “Barselona” ilə sözləşməsi bu ilin yayında yekunlaşacaq.