Başı telefona qarışdı, qadını vurub üstündən keçdi – VİDEO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində (Ayna Sultanova heykəlinin yanı) “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən qadını vurub.

Görüntülərə əsasən, avtomobil asta sürətlə hərəkət edir, qadın isə yolu yavaş keçir. Bu zaman sürücü qadını vurur və üstündən keçir, yoluna davam edərək bir az irəlidə dayanır.

Hadisə nəticəsində qadın yerindəcə dünyasını dəyişib.

Sürücünün sükan arxasında mobil telefona başı qarışdığı ehtimal olunur./Avtosfer/