Başika İŞİD-dən azad olundu

AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçulardan azad olunması əməliyyatında İraqın şimalındakı kürd qoşunları iştirak edib.

Məlumata görə, bir qrup İŞİD silahlısı qəsəbədəki evlərdən birində gizlənərək müqaviməti davam etdirir. Əməliyyat nəticəsində 13 terrorçu zərərsizləşdirilib.

Hazırda Başikanın minadan təmizlənməsi həyata keçirilir.