Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Başımın yarısı yoxdur, silikondur”

84069fgXocalı faciəsi zamanı əsir düşüb sonra azad edilən Leyla Səyyadova və onun həyat yoldaşı Qarabağ müharibəsi iştirakçısı Tanriverdi Səyyadov üç azyaşlı övladı ilə birgə çöllərdə qalıb.

Ailə üç aya yaxındır ki evsizdir:

“Ev pulu verə bilmədiyimizə görə bizi küçəyə atdılar. 17 gün Akademik Dram teatrınımn yanında olan skameykalarda gecələmişik. Həyat yoldaşım xəstədir. O, istefada olan hərbçidir. 4 il Qarabağda döyüşüb.

8 yaşında olan zaman anamı girov götürüblər. Ermənilər anamın başını kəsdilər. Mən özüm də əliləm, sağ gözüm görmür. 1 il yeddi ay əsirlikdə olmuşam. Başımın yarısı yoxdur, silikondur. Bir sot torpağımız var. Xahiş edirik ki, heç olmasa üstündə vaqon alıb orada yaşamağımıza kömək etsinlər. Uşaqlar yazıqdır. Soyuq qış günlərində çöldə qalmasınlar”.

https://www.youtube.com/watch?v=A9ymOQfnFnw

Loading...

www.yenicag.az

356