!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Başına 3 milyon qoyulan terrorçular məhv edildi - FOTO

!Reklam – Yazi

Türkiyə təhlükəsizlik qüvvələrinin Bitlisdə keçirilən “Eren Qış-7” əməliyyatı çərçivəsində məhv edilən 6 terrorçudan biri ölkənin Daxili İşlər Nazirliyinin “narıncı”, digəri isə “yaşıl” siyahısında olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat PKK terrorçularının qış üçün gizlənməyə çalışdıqları Bitlis vilayətinin inzibati mərkəzinin yaxınlığında jandarm xüsusi təyinatlıları, Hərbi Hava Qüvvələri və pilotsuz təyyarələr tərəfindən həyata keçirilib.

Zərərsizləşdirilən 6 terrorçudan biri Bitlisdəki qadın terrorçu dəstəsinin lideri, Suriya vətəndaşı, Baharin Afrin kod adlı Leyla Şeyxodur. Onun adı Türkiyə Daxili İşlər Nazirliyinin “yaşıl” siyahısında olub və terrorçunun başına 2 milyon lirə mükafat təyin edilib.

Zərərsizləşdirilən terrorçular arasında “Soreş Qars Roni” kod adlı Ərhan Mingsar da var. Onun adı Türkiyə Daxili İşlər Nazirliyinin “narıncı” siyahısında olub və onun başına 1 milyon lirə mükafat qoyulub.

 

 

 

 

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv