Rusiyada muzdlu döyüşçülərdən ibarət “Vaqner” özəl hərbi şirkət yeni statusla dövlət reyestrinə daxil edilib.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, “Vaqner” ötən il dekabrın 27-də “Vaqner özəl hərbi şirkət mərkəzi” adı ilə və qeyri-publik səhmdar cəmiyyəti formasında hüquqi şəxslərin vahid dövlət reyestrinə salınıb.
Məlumata görə, reyestrdə “Vaqner”in nizamnamə kapitalı 10 min rubl həddində müəyyənləşib.
MMC-nin ünvanı kimi “Vaqner”in patronu Sergey Priqojinin Sankt-Peterburqda inşa etdirdiyi bina qeyd olunub.
Maraqlıdır ki, reyestrə daxil edildikdən sonra “Vaqner”in fəaliyyət növü “kommersiya fəaliyyəti və idarəetmə üzrə məsləhət” olaraq göstərilib.