Basketbol millimiz Fransada məğlub oldu 

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsinə məğlubiyyətlə start verib.

Yenicag.az xəbər verir ki, D qrupunda qərarlaşan millimiz ilk görüşündə “Bordo” komandası ilə qarşılaşıb və rəqibinə 9:17 hesabı ilə məğlub olub.

Komandamızın qrupda növbəti oyunu İspaniya seçməsinə qarşı olacaq.

COP29