Basketbol millimiz tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə keçiriləcək Avropa çempionatının (EUROBASKET) seçmə mərhələ oyunlarında iştirak edəcək.

Yenicag.az xəbər verir ki, bu, Azərbaycanın qadın basketbolu tarixində ilkdir.

Yığma FIBA-nın bayrağı altında təşkil olunan qitə birinciliyinin seçmə mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin baş tutacağı ölkələrin adları hələlik məlum deyil.