Basketbol üzrə Azərbaycan çempionatında XI tura yekun vuruldu

Basketbol üzrə Azərbaycan çempionatında XI tura yekun vurulub. 

Yenicag.az xəbər verir ki, turun son oyunu B qrupunda reallaşıb.

“Şəki” doğma meydanda “Quba”nı 78:56 hesabı ilə üstələyib.

Qeyd edək ki, daha əvvəl A qrupunda “Sabah” “Sərhədçi”yə 85:78, NTD “Abşeron”a 87:77, “Neftçi” “Naxçıvan”a 73:63 hesabı ilə qalib gəlib. B qrupunda isə “Ordu” “Sumqayıt”ı 89:82, “Gəncə” isə “Lənkəran”ı 79:66 hesabı ilə məğlub edib.