Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

Başladı...

Reklam: High Technic

Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarına start verilib.

Yenicag.az xəbər verir ki, Asiya ölkəsi ilk dəfədir ki, sözügedən yarışa ev sahibliyi edir.

Sabah isə Qış Olimpiya Oyunlarının rəsmi açılışı olacaq. Pxençxan Olimpiadasında 13 idman obyekti atletlərin istifadəsinə verilib. Onların ümumi tamaşaçı tutumu 135 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü “Pxençxan” olimpiya stadionudu. Sabah açılış mərasimi də məhz 35 min azarkeş tutumuna malik bu arenada baş tutacaq. Bakı vaxtı ilə saat 15:00-da yarışa rəsmi start veriləcək.

Bağlanış mərasimi isə fevralın 25-də baş tutacaq. Martın 9-18-də isə Paralimpiada təşkil ediləcək. Olimpiadanın rəsmi talismanı ağ pələng Suxoranq, qara ayı Pandabidi.

Qeyd edək ki, Olimpiadada 2902 idmançı öz gücünü yoxlayacaq. Onlar 7 idman növündə 102 dəst medal uğrunda mübarizə aparacaqlar. Paralimpiya Oyunlarında onlardan 22 dəst az medal öz sahibini tapacaq. Əlil idmançılar 5 növ üzrə 80 dəst mükafatçını müəyyənləşdirəcəklər. Medalların birinin çəkisi 586 qramdan artıq olacaq. Bu, “Ağ Olimpiadalar” tarixində çəkisinə görə ən ağır mükafatdı.

92 ölkənin qatılacağı yarışa 3 milyarddan artıq tamaşaçının baxacağı gözlənilir. Olimpiadada ən çox idmançı ilə ABŞ mübarizə aparacaq. 242 amerikalının qatılacağı möhtəşəm oyunlarda ev sahibi Cənubi Koreya 122 atletlə yarışacaq. İdmançı sayında Kanada ikinci (226), İsveçrə üçüncüdü (169). Qış Olimpiya Oyunlarının daimi favoritlərindən hesab olunan Rusiya Pxençxanda dopinq qalmaqalına görə öz bayrağı altında yarışa bilməyəcək. Şimal qonşularımızın 168 idmançısı Cənubi Koreyada Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında mübarizə aparacaq.

XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olacaq. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə “Ağ Olimpiada”da iştirak edəcək. Birdən-birə 6 debütantın olması Pxençxan-2018-in ilk rekordu kimi dəyərləndirilib. Bu səbəbdən idmançı sayında da yarış digərləri arxada qoyub.

Azərbaycan isə Cənubi Koreyaya 1 atletlə yollanan 18 ölkədən biridi. Yarışda bayraqdarımız da olacaq Patrik Braxner dağ xizək idmanında (slalom və nəhəng slalom üzrə) nəyə qadir olduğunu nümayiş etdirəcək. Bu, 26 yaşlı avstriyalının ölkəmiz adından qatılacağı ikinci Oyunlardı.

Qeyd edək ki, Olimpiadada sabah baş tutacaq açılış mərasimə kimi kerlinq və xizəklə tramplindən tullanma yarışları keçiriləcək.

www.yenicag.az

1400
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM