!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Başqa maraqlara xidmət edənlər 27 iyundan arxada qaldılar”-Özəl müsahibə

!Reklam – Yazi

Mirhəsən Seyidov: “Təşkilatlar layihədən layihəyə  çalışmamalıdırlar”

967894_908797032493504_1335591519_nMirhəsənlə tanışlığımızın tarixçəsi çox da qədim deyil. Sədr seçiləndən sonra təbrik etdiyimizdə, artıq “İrəli”də yeni mərhələnin başladığını qeyd etmişdi. Açığı, bu mərhələnin bu qədər tez gerçəkləşəcəyinə bizdə inam yox idi. İllərdən bəri fərqli tanıdığımız bir təşkilatın yeni və çox gənc olan sədrinə uğurlar arzulasaq da, çətin bir yola girdiyinin də fərqindəydik. Mirhəsənin üzərindəki məsuliyyət yükü də çox ağır idi. Baxmayaraq ki, bu gənc dostumuz etimadı doğrultdu və ilk mərhələni bildiyimiz və bilmədiyimiz psixoloji hücumlara rəğmən bitirə bildi. Söhbətimiz də maraqlı alındı. Qarşımızda hər növ inkar psixologiyasından uzaq, doğrularını arqumentləri ilə müdafiə edən bir gənc vardı. Beləliklə, Yenicag.az-ın müsahibi “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovdur.

– Sizə necə müraciət edək? Müəllim yoxsa bəy?

– Sadəcə Mirhəsən.

– Mirhəsən, “İrəli”yə gəlmədən öncəki fəaliyyətinizi öyrənmklə başlayaq söhbətimizə…

– Mən əslində “İrəli”-də illər öncə də var idim. Lakin universitet hazırlığı, tələbəlikdən dolayı vaxtım olmadığım üçün yaxından iştirak edə bilmirdim. Ancaq qeyd edim ki, 2005-ci ildə Azərbaycan gənclər siyasətinə qoşuldum. Onda hələ çox gənc idim. Uzun müddət gənclər təşkilatılarınının milli şurasında çalışır və paralel olaraq univertitetdə təhsil alırdım. Bir müddət belə demək mümkünsə, “səhnə arxasında” fəaliyyət göstərmişəm. Sonradan koordinator və bu gün gördüyünüz kimi təşkilat rəhbəri olaraq çalışıram.  Dövlətin apardığı siyasətdə olmaq, orda sənin də əməyinin olması – bu elə özü qürurvericidir.

10822726_908797059160168_894722054_n– Belə başa düşdük ki, Mirhəsən üçün sədr, müavin, üzv olmağın elə bir əhəmiyyəti yoxdur?!

– Xeyr. Rəhbər olmaq özü böyük bir məsuliyyətdir. Ancaq demək istəyirəm ki,  tutduğun status, yəni sədr, üzv , fərq etməz- sənin dövlət üçün eləmək istədiklərinin qarşısında maneə olmamalıdır. Ən vacibi mövcud vəziyyəti dəyərləndirib, prosesdə iştirak etməkdir. Burda çox böyük faktor var. Bu, mən faktorudur.   Biz gənclər olaraq hər şeyi görürürük və müşahidə edirik. Dövlətin apardığı gənclər siyasəti, 2011- 2015 dövlət proqramı, minlərlə gəncin xaricdə təhsil proqramı, mədəniyyət və incəsənət çərçivəsindəki Heydər Əliyev fondu tərəfindən yaradılan imkanlar və s amilləri görüb dəyərləndirməyi bacarmalıyıq. Bu səbəbdən də hər bir gənc özü-özünə sual verməlidir. “Mən ölkəm üçün nə etmişəm?!”

– Yəni, vətən mənim üçün deyil, mən vətəm üçün nə etmişəm…

– Bəli. Fikrimcə, gənclər nə qədər dövlət siyasətində bacarıqlı, nə qədər intellektual və hər nə qədər potensial olarlarsa, bir o qədər dövlətinə, xalqına xidmət etmiş olarlar.

– Artıq sədr olmanızın üzərindən aylar keçir. “İrəli”yə adaptasiya prosesi necə keçdi? Çətin olmadı ki?

– Əslində iş prosesində, mövcud komandanın qurulmasında adaptasiya prosesi olmalıdır. İrəli dünən də, bu gün də var olan təşkilatdır. Bu dəqiqə əsas məqsəd “İrəli”-nin hansı istiqamətdə və nə iş gördüyüdür. Bütün bunları nəzərə alaraq düşünürəm ki, adaptasiya prosesində mənim üçün ciddi problem yox idi. Mən indiyə qədər də, komanda halında, gənclərlə işləmişəm. Yenə də deyirəm ki, adaptasiya prosesi hər bir gəncin özündən asılıdır. Bir insan işə başlamazdən əvvəl özü üçün məqsəd qoymalıdır. O cümlədən bizə qoşulan gənclər dövlətin gənclər siyasətini özlüyündə təhlil etməyi bacarmalı və bunun ona nə verəcəyini  düşünməlidir. Komanda olmaq istəyənlər, dövlətin siyasətini bizlə birlikdə işlərini davam etdirirlər, olmaq istəməyənlər də bizdən ayrılıb gedirlər. Biz buna normal baxırıq.

– Yeni komandada olmaq istəməyənlər oldumu?

– Bəli oldu. Komandamızda olmaq istəyib də, ola bilməmək şansı əldə etməyənlər də oldu. Elə gənclər vardır ki, bu gün də başqa sahələrdə özlərini sınayıblar. Bəzi gənclərə bizim idarəçilik sistemi imkan vermədi ki, onlar bizimlə birlikdə çalışsınlar. Hər halda görünür ki, mənim idarəçilik sistemim bir az çətin olduğu üçün onlar fəaliyyət göstərə bilmədilər.10847074_908797025826838_1297838784_n

– Etiraf edək ki, “İrəli” gənclər sektorunda məlum şəbəkənin “arxa bağça”sı idi. O təhlükə tam olaraq aradan qaldırıldımı?

– Bu gün Azərbaycanın mövcud qanunvericilik sistemi var. Əgər biz Azərbaycan Respublikasının vətəndaşı olaraq, dövlətin maraqlarına xidmət etməyəcəyimiz halda qanunvericilik mütləq bizi cəzalandıracaq. Biz bilməliyik ki, bizim tutduğumuz post, sabah sözügedən qanunvericiliyə, zidd olamamalıdır. Düşünürəm ki, “arxa bağça” və orda başqa maraqlara xidmət edən şəxslər var idi, ancaq onlar 27 iyun 2014-cü ildən arxada qaldılar. Hansı ki, bu 4-cü hesabat xarakterli seçki konfransı idi ki, mən orda sədr seçildim. Bu müddətə qədər o “bağçada” olan və olmayan şəxslər mənim üçün elə bir əhəmiyyət kəsb etmir. Mənim üçün əhəmiyyətli olan yeganə məsələ, dövlət maraqlarının qorunmasıdır.

– Gənclərlə bağlı dövlət siyasətindən həyata keçirməsindən tam olaraq razısınızmı?

– Tam olaraq xeyr. Çünki biz bu gün qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olmamışıq. Ancaq sevindirici məqam ondan ibarətdir ki,  Avropa ölkələrinin böyük qismindən bizim  dövlət siyasətimiz üstündür. Hətta elə dövlətlər var ki, orda gənclər siyasəti adlı bir şey yoxdur. İlk olaraq bu təşəbbüs ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və cənab prezidentimiz İlham Əliyev tərəfindən gənclər siyasəti uğurla davam etdirilir. Onun diqqət və qayğısı nəticəsində biz daim irəliyə gedirik. Ancaq yenə də qeyd edim ki, bu gün gənclər siyasətinin ideal vəziyyətdə olmasını demək mənim üçün çox çətin olardı. Çünki qarşıya qoyduğumuz böyük hədəflər var.

– Hansı problemlər var ki, onları ən vacib hesab edirsiniz?

– Gənclər üçün ən vacib problem gənclərinin özünün qərar vermə məsələsində iştirakıdır. İkinci problem gənclərin dayanıqlı inkişaf problemidir. Biz layihələri layihə xatrinə etməməliyik.  Bu üzdən gənclərin dayanıqlı inkişafına yönəlik proqramlar həyata keçirməliyik. Qısacası, gəncdən nəysə alıb, gəncə nəysə verə bilək. İntellektual inkişaf problemi də var. Ancaq yenə də, ən vacib və ümdə məsələ gənclərin şəxsən özünü qərar verə bilmək bacarığının olmasıdır. Gənclər ictimai işlərdə fəal iştirak etməlidirlər. Praktik yanaşmanı təmin etməliyik və bu mütləqdir. Kütləvilik anlayışı da burada öz yerini tutur.

10834167_908797045826836_1134433605_n– “İrəli” ictimai birliyinin əvvəlki illərdən fərqli olaraq, tez-tez bölgələrdə tədbirlər keçirdiyini görürük. Niyə daha komfortlu otellərdə tədbir və konfranslarınızı həyata keçirimirsiniz? Nə üçün Roma yerinə Qubaya gedirsiniz? Və ya cəbhə bölgəsi Vyanadan dahamı maraqlıdır?

– İnşa edilən mehmanxalar dövlətin inkişafının göstəricisidir. Lakin bu gün Azərbaycanda tikilən beş ulduzlu oteldə əldə ediləcək effekti biz Gənclər Mərkəzlərində ala bilirik. Tədbirlər “Four Season”-da olmasa belə, hansısa gənclər mərkəzində keçirilərsə, effekti cəmiyyət üçün yaralı ola bilər. Cənab prezidentimizin qayğısı nəticəsində ölkədə tikilən Olimpiya mərkəzlərini, gənclər mərkəzlərini görürük. Bunlar hamısı gənclər üçündür. Ona görə də, bu mərkəzləri qoyub da, oteldə tədbir keçirməyimiz mənə elə gəlir ki, məqsədə uyğun deyil. “İrəli” olaraq yeni bir konsepsiya seçmişik ki, yaxın bir il ərzində bütün gənclər mərkəzlərini əhatə edəcəyik. Ölkəmizdə elə gənclər mərkəzləri tikilir ki, heç bir otelin konfrans salonu o mərkəzin keyfiyyətindən üstündür. Üstəlik, cəbhə bölgəsindəki Gənclər Mərkəzində tədbir keçirdikdə, insanlar praktiki olaraq, real şəraiti də görürlər. Bu səbəbdən də otellərdə keçirilən tədbirlərlə bu effekti almağımız imkansızdır. Yeri gəlmişkən, elan verim ki, Qubada yeni layihəmiz reallaşacaq və  5-6 dekabrı əhatə edəcək. Bu gənclər təşkilatlarına bir mesaj olacaq.

– Xarici ölkələrdə tez-tez Qarabağ həqiqətləri ilə bağlı konfranslar və  tədbirlər həyata keçirildiyini görürük. Ancaq həmin o tədbirlər əcnəbi ölkələrin mediasında işıqlandırılmır.  Çox zaman da o tədbir iştirakçıları elə azərbaycanlılar  olur. Sizcə bu nə dərəcədə effektlidir?

– Yenə qayıdacam xaricdə təhsil proqramına ki, dövlətimiz tərəfindən həyata keçirilir. Buna uyğun olaraq xaricdə 3000 mindən artıq gənc təhsil alır. Mənim yanaşmam budur ki, xaricdə təhsil almaq o gənci Azərbaycanın elçisinə, gənc səfirinə  çevrilməkdir. Burda  iki yanaşma var: Birincisi, gənc Azərbaycanın həqiqətlərini hər zaman düşünməlidir, o həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır. Xaricdə bir araya gəlib, ancaq azərbaycanlı tələbələrə Dağlıq Qarabağ həqiqətlərini çatdırmaq doğrudan da gülüncdür. Hətta cənab prezidentin bizə verdiyi və Əli müəllimin (Əli Həsənov-red.) oxuduğu məruzədə  qeyd olunan mesaj budur ki, xaricdə təhsil alan tələbə o ölkədəki media orqanları ilə ciddi şəkildə əməkdaşlıq etməlidir. Bir məqamı da qeyd edim, 5 il əvvəl xaricdə təhsil alan tələbələrin orda heç bir təşkilatı yox idi. Ancaq bu gün tələbələr, diasporanın daha dəqiq desək, dövlətin apardığı siyasət nəticəsində orda artıq təşkilatlanmış şəkildədirlər.  Misal kimi, Azərbaycan- Macarıstan təşkilatının, Moskvada AMOR-un, Belçikada başqa bir təşkilatın adını çəkə bilərik ki, hansı ki, azərbaycanlı tələbələrin onlardan istifadə üçün yaradıldığını demək olar. Və bu gənclər həmin ölkələrin mediası və QHT-ləri ilə daha yaxından işləməlidirlər.

10846711_908797035826837_287999480_n– Xaricdəki gənclərin hər hansı təriqət, dini cərəyanların, eləcə də,  ordakı dövlət orqanlarının   təsirinə düşməməsi üçün  dövlət tərəfindən hər hansı tədbirlər görülsə yaxşı olmazmı?

– Belə düşünürəm ki, əslində bir gəncin seçmək istədiyi yer özündən asılıdır. Hansısa istiqamətə olan  meyli dayandırmaq qeyri-mümkündür. Əgər biz mütəmadi olaraq, hər hansı bir xəbər barədə eşidiriksə, deməli o xəbər bizi düşündürəcək.  Belə olan halda, gənc bu proseslərdən, bixəbərdirsə, xarici missionerlərin təsiri altında çalışmağı normaldır. Biz daim gənclər arasında maarifləndirici fəaliyyət göstərməliyik.  O cümlədən xaricdə təhsil alan gənclər arasında layihələr həyata keçirməliyik.  Müvafiq təşkilatlar həmin o prosesdə olub, gənclərlə yaxından maraqlanmalıdır. Gənclərlə  sırf bu sahədə iş aparılmalıdır ki, dövlət maraqlarını qorusun. Eyni zamanda da, gənclər bundan yararlana bilsinlər. Məncə, yeganə çıxış yol budur. Lakin bir daha qeyd edim ki, zəif iradəli və dini təriqətlərə meyilli insanlar üçün nə etsən də, o istək onları oraya sürükləyəcəkdir.

– Bu gün Azərbaycanda gənclər arasında ciddi problem də, dini tərqətlərin təsirinə düşməsidir. Bu barədə fikirləriniz nədir?

– Azərbaycan dünyəvi ölkədir. Əhalinin əksəriyyəti İslam dininə sitayiş edir və İslam mədəniyyətinin daşıyıcılarıdır. Az bir qisim isə digər dinlərə, təriqətlərə mənsubdurlar.Azərbaycan bu gün tolerantlığın mərkəzindədir. Müəyyən dini təriqətlərə üzv olan gənclərin, sonradan  peşman olduqları aydın olur. Bu kimi təriqətlər İslamın təhrif olunmuş formasını gənclərə qəbul etdirir. Mən düşünmürəm ki, gənclərin belə təriqətlərə qoşulması ciddi hal alıb.  Ancaq bu hal var və belə halların qarşını almaq üçün dini maarifləndirmə işi aparılmalıdır. Maarifləndirmə nəticəsində, onlar doğru və yanlışlıqları ayırd edə biləcəklər. İki şey olduğu kimi qəbul olunur: Valideyn və vətən. Onlar hər necə olursa-olsun biz onları olduğu kimi qəbul etməliyik. Biz bilməliyik ki, ölkənin apardığı siyasət var. Hər bir gənc düşünməlidir ki, özünün durduğu mövqe dövlət maraqlarına ziddirsə, o bu maraqlardan çəkinməlidir. Digər tərəfdən, gənclərin məşğulluğu artırılmalıdır. Onların  başqa, mənfi mövzularla maraqlanmağa vaxtı qalmamalıdır. Gənclər müsbət proseslərə cəlb edilməlidir. Sonda yenə də deyirəm ki, maarifləndirmə işi  gənclər arasında mütəmadi aparılmalıdır. Misal çəkim ki, “İrəli İctimai Birliyi” olaraq, olaraq, təmannasız dil kursları təşkil edirik. Olduqca kifayət qədər gənc bizə  müraciət etmişdi. Ona görə də, mütəmadi olaraq, gənclər faydalı işlərlə məşğul olmalıdır.

10847037_908797029160171_2107684075_n– Ölkədəki gənclər təşkilatlarının çoxluğu məlumdur. Bu qədər təşkilatın gənclərə faydası varmı?

– Azərbaycanda 300-dən çox gənclər təşkilatı var. Təbii ki, bunların hamısı real olaraq fəaliyyət göstərmir. Düşünürəm ki, gənclər təşkilatları ilə bağlı idarəetmədə müəyyən boşluqlar var.  Gənclər təşkilatının rəhbərləri daim bu boşluğu hiss edirlər. Elə təşkilatlar var ki, onlar yalnız layihədən layihəyə  çalışır. Bir çox gənclər təşkilatı müəyyən məsələlərə, proseslərə qeyri-ciddi yanaşırlar. Əgər bir təşkilat ki, xüsusi olaraq  Qarabağ həqiqətləri barədə, heç bir fikir bildirməyibsə, onun ciddiliyindən, fəaliyyətindən necə söhbət gedə bilər. Gənclər təşkilatı gənclərlə daim işləməlidir. Gənclər təşkilatı gənclərin istəyinə görə, layihələr həyata keçirməlidir. Biz gənclərin istəyini təmin etmək üçün layihə hazırlamalıyıq.  Hər dəfə eyniadlı gənclərin tədbirlərdə iştirakı da mənasızdır. Hər dəfə yeni şəxslər cəlb olunmalıdır. Göstəriş xatirinə işlər görülməməlidir.  İdarəetmədə olan boşluqlar mütəmadi olaraq aradan qaldırılmalıdır. Bir çox gənclər təşkilatları var ki, ümummilli məsələdə kənarda qalırlar. Prosesə qoşulmaq istəmirlər. Belə təşkilatların da var olub-olmamağı xüsusi bir əhəmiyyət daşımır. Bütün təşkilatlardan ideal vəziyyət tələb etmək də düzgün deyil. Gənclərin tələblərinə cavab verilməlidir.

– Müsahibənin əvvəlindən gənclərlə bağlı danışdıq. Sonda “Mirhəsən cəmiyyətdəki problemlərlə bağlı nə düşünür” sualına cavab istəyirik. Yaşadığımız cəmiyyəti ideal hesab edirmi?

– Cəmiyyətdə mövcud problemlər var və olacaq. Eyni zamanda gənclər də daim səhv edir və edəcək. Bir məqamı da unutmayaq ki, Azərbaycan 23 yaşlı gənc dövlətdir. Gənc səhv edə-edə kamilləşir.

 

Söhbətləşdi: Aqil ƏLƏSGƏR

Söhbəti qələmə aldı: Kamran ƏDALƏTOĞLU

www.yenicag.az

1016
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv