!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Basqal” qoruğu və “Diri Baba”ya giriş qiymətləri açıqlandı

!Reklam – Yazi

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, eləcə də qoruğun balansında olan “Diri Baba” türbəsinə giriş qiymətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Avqustun 22-dən “Basqal” qoruğunda yerləşən hamam muzeyə giriş yerli turistlər üçün 2, tələbələr üçün 1, xarici vətəndaşlar üçün 5 manat, “Diri Baba” türbəsi kompleksinə giriş yerli ziyarətçilər üçün pulsuz, xarici vətəndaşlar üçün 5 manat olaraq müəyyənləşdirilib.

Bundan əlavə, qoruqda salınan parkinqdə minik avtomobilləri üçün 1, avtobuslar üçün 2 manat xidmət haqqı nəzərdə tutulub. “Diri Baba” türbəsi kompleksində yerləşən qurbangahdan istifadə üçün isə 10 manat ödəniş müəyyənləşdirilib.

Hər iki abidəyə Azərbaycan vətəndaşı olan əlillərin, müharibə veteranlarının, qazilərin və məktəblilərin, eləcə də 12 yaşınadək olan xarici turistlərin girişi ödənişsizdir.

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən “Basqal” qoruğunda iş saatları istirahət və bayram günləri də daxil olmaqla hər gün səhər saat 10:00-dan 20:00-a qədərdir. “Diri Baba” türbəsi abidəsi isə istirahət və bayram günləri daxil olmaqla yay mövsümündə hər gün səhər saat 10:00-dan 20:00-dək, qış mövsümündə isə 09:00-dan 18:00-dək ziyarət üçün açıq olacaq.

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv