İctimai nəqliyyatdan istifadə edən şəxslərin üzləşdiyi problemlərdən biri də, kənar şəxsin onun telefonuna boylanmasıdır.
Yenicag.az xəbər verir ki, artıq bu problem həll olunmaq üzrədir.
“Google” şirkətinin tədqiqatçıları istifadəçini onun çiyni üzərindən telefon ekranına baxan şəxslər haqqında xəbərdar edən proqram hazırlayıblar.
Kompüter təlimindən istifadə edən proqram təminatı qurğu sahibi olmayan və ekrana baxan şəxsin sifətinin müəyyənləşdirilməsi üçün smartfonun ön kamerasını tətbiq edir. Proqram real vaxt rejimində istifadəçini smartfon ekranında yad şəxsin mətn oxuması və ya internet səhifəsini izləməsi barədə xəbərdar edir.
Tədqiqatçıların dərc etdiyi videoda “Google Hangouts” messencerində aparılan yazışmanın smartfonun ön kamerası tərəfindən ekrana baxan tanış olmayan insanlar aşkarlanan zaman dəfələrlə dayandırılmasını görmək mümkündür. Yad insanın üzü qırmızı çərçivəyə alınır, sifətin aşağı hissəsində isə istifadəçinin xəbərdarlığı dəqiq görməsi üçün rəngli zolaq əmələ gəlir. Bundan başqa, ekranda “A STRANGER IS LOOKING ALERT!!!” bildirişi görünür.