!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Başqırdıstanda helikopter qəzaya uğrayıb, ölənlər var

!Reklam – Yazi

Başqırdıstanda helikopterin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, ölənlərdən biri “Layt Eyr” şirkətinə məxsus helikopterin pilotudur, digər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

“RİA Novosti”nin məlumatına görə, qəza Başqırdıstanın Beloretsk rayonunda meşə yanğınları ilə bağlı vəziyyətin monitorinqi zamanı baş verib.

Qəzanın səbəbi kimi 4 versiya nəzərdən keçirilir: texniki nasazlıq, pilotun səhvi, keyfiyyətsiz yanacaq və hava şəraiti.

Qəza baş verən an ərazidə duman müşahidə olunub.

Yeniçağ.Az

www.yenicag.az

728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv