Başqırdıstanda iki yük qatarının toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
Yeniçağ.Az-ın Report-a istinadla məlumatına görə, bu barədə respublikanın təcili xidmətlərindəki mənbə “RİA Novosti”yə xəbər verib.
“İki qatar toqquşub. Onlardan biri filizlə dolu, digəri boş olub”, – deyə mənbə bildirib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) regional bölməsinin rəsmi məlumatına görə, hadisə Uçalinsk filizsaflaşdırma kombinatının ərazisində, Uçala şəhərində, yerli vaxtla saat 15:05 radələrində baş verib.
“Yaşayış məntəqəsinə hər hansı təhlükə yoxdur. Hadisə yerində 27 nəfər və üç ədəd texnika işləyir”, – deyə Başqırdırdıstan FHN-in mətbuat katibi Yelena Mavlyutova bildirib.
İstintaq Komitəsi hələlik vəziyyəti şərh etməyib.
Yeniçağ.Az