Başqırdıstan Respublikasının birinci prezidenti Murtaza Rəhimov 88 yaşında vəfat edib.
Yenicag.az xəbər verir ki, bu haqda region rəhbərinin mətbuat xidməti məlumat yayıb.
“O, bu gün, yanvarın 11-də dünyasını dəyişib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Murtaza Rəhimov 1993-cü ilin dekabrından 2010-cu il iyulun 15-dək Başqırdıstanın Prezidenti vəzifələrində çalışıb.