Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Başqırdların Tenqriçilik fəlsəfəsi məhv edilib” – Diana Demidova

Reklam: Sinerji Pro

“Geniş təbii zənginliyə malik olsaq da, o sərvətləri öz inkişafımıza yönəltmək imkanından məhrumuq”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində türkdilli Başqırdıstanda yaranmış vəziyyəti dəyərləndirən vətəndaş cəmiyyətinin tanınmış fəalı, Yerli Özünüidarəetmə Hərəkatının İnkişafı Hərəkatının lideri Diana Demodova deyib.

Diana Demidovanın sözlərinə görə, Başqırdıstan Rusiyanın mərkəzi hakimiyyətinin diktat idarəçiliyini ən ağır formada hiss edən respublikadır:
“Bütün bəşəriyyət öz mövcudluğu dönəmində tiranların hakimiyyəti altında inləyib. Müasir xalqlar hələ də şah-kral kultundan xilas ola bilmirlər, dünya dövlətlərinin yarısında diktatura rejimləri hökm sürür.

Başqırdıstan Rusiyanın mərkəzi hakimiyyətinin diktat idarəçiliyini bəlkə də ən ağır formada hiss edən respublikadır. Dünya birliyi üçün açıq quldarlıq, feodalizm, qanlı səlib yürüşləri, insan həyatının dəyərinin olmaması, kütləvi qətl və edamlar keçmişdə qalsa da, bir çox xalqlar hələ də diktatorlardan imtina edə bilmirlər, diktatorlar bir-birilərini əvəz etməkdədirlər.

Nəticədə yeni diktatura formaları – kapitalizm və kommunizm meydana gəldi. Məncə, müharibə və qırğın xofu hələ də qeyri-şərti reflekslərlə nəsillərdən nəsillərə ötürülür. “Təki müharibə olmasın” düşüncəsi tək 1941-45-ci il müharibəsi vaxtından deyil, xeyli əvvəldən yaranıb.

Başqırd xalqı dəfələrlə üsyan qaldırıb, genofondunun, Tenqriçilik fəlsəfəsinin, öz təbii sərvətlərinin idarəçiliyinin, bununla da inkişaf hüququnun itirilməsinə məruz qalıb.

O baxımdan, Başqırdıstanda etiraz ovqatının yüksək olması və əhalinin narazı təbəqəsinin aktivliyi təbiidir. Çünki geniş təbii zənginliyə malik olsaq da, o sərvətləri öz inkişafımıza yönəltmək imkanından məhrumuq. Demək olar, heç bir hüququmuz yoxdur. Xalq Moskvadan təyin olunan rəhbərlərin fəaliyyətini müşahidə etməklə kifayətlənir”.

Qafqaz Ömərov

www.yenicag.az

2485