Başqırt xalqının soyqırım tarixi

Yenicag.Ru başqırt xalqının tarixində baş verən faciəvi günlərin xronologiyasını təqdim edir:

Monqol-tatar dövlətinin çökməsindən tutmuş sovet dövrlərinə kimi başqırt xalqı bir çox çətinliklərlə üzləşib. Onların tarixi sanki qanla yazılıb.

1557-1775-ci illər – başqırt-rus müharibəsi

1775-1850 – kanton idarəşiliyi altında başqırt gettosu

1830-ci il – XIX əsr başqırt üsyanı

1850-1917 – Rusiya İpmeriyasına itaətkarlıq dövrü

1917-1919-cı illər – müstəqil Başqırdıstan və başqırt ordusunun yaranması

1918-1926 – başqırtların kommunistlər tərəfindən işgəncəyə məruz qalması, bir milyondan artıq başqırt öldürülüb

1919-cu il – Zəki Validi və Əbdülqədir İnan Orta Asiyaya gedərək Basmaçı hərəkatını təşkil edirlər. Türkiyənin, xüsusilə, Ənvər paşanın dəstəyi ilə türk ordusunun RSFSR-ə (Rusiya Sovet Federativ Sosialist Respublikası) girməsi planlaşdırılır. Lakin Ənvər paşanın vəfatından sonra başqırtlar hücumu təşkil etmək və Başqırtıstanı azad etmək üçün Türkiyənin dəstəyindən məhrum qalırlar.

1925 –ci il. Məhəmməd Həbdülxay Qurbanqaliyev və Qalimyan Taqanın başçılığı ilə başqırt hərbi korpusu Ağ Ordunun tərkibində Çinə geri çəkilir və tam hazır vəziyyətdə şərqdən RSFSR-ə girməyi gözləyir. Amma çinlilərin satqınlığı səbəbindən plan baş tutmur.

1925-1927-ci illər – başqırt emiqrantlar tam şəkildə, Yaponiyanın, Türkiyə və Qərbdən olan bəzi siyasi güclərin dəstəyilə Sovet Rusiyası ilə siyasi qarşıdurmaya başalayırlar. Xaricdə, Yaponiyanın, Türkiyənin və Qərbi Avropanın bir neçə elmi və ictimai təşkilatlarının lozunqu altında “beynəlxalq Başqırt müqaviməti” – “başqırt gizli cəmiyyəti” yaradılır.

Qurbanqaliyev tərəfindən Yaponiyanın dəstəyi ilə RSFSR-ə girmək planı irəli sürülür. Yapon oliqarxiyası və hakim partiya başqırt imamının bu fikrini dəstəkləyir.

Lakin, planların heç biri həyata keçmir. Buna səbəb, 1925-1927-ci illərdən 1940-cı ilə qədər SSRİ Daxili İşlər Xalq Komissarlığı (DİXK) ilə keçmiş başqırt kəşfiyyatçıları arasında qarşıdurma yaşanması, başlıca məqsədinsoyqırım, isə “beynəlxalq başqırt ittifaqı”nın (başqırt gizli cəmiyyəti) müdafiəsi idi. Bu qarşıdrumada DİKX qələbə qazanır. Nəticədə “beynəlxalq başqırt ittifaqı” fəaliyyətini dayandırır.

1925-1990-cı illər Sovet imperiyasına itaətkarlıq dövrü

1941-1945 – 122-ci Başkavdiviziyanın yaradılması

1990-cı ildən bu günə qədər – Ural-Volqa bölgəsinin başqırt əhalisinin xalqının urbanizasiyası və qloballaşmasında ikinci, eyni zamanda sonuncu faza

2017-ci il – Ural-Volqa bölgəsinin köklü xalqına məxsus torpaqlar üstündə radiasiya

COP29