Batareya investisiyalarına artan maraq: Ölkələr arasında rəqabət qızışır

Son dövrlər Çin və ABŞ başda olmaqla əksər ölkələrin akkumulyator investisiyalarını sürətləndirməsi diqqət çəkir.

Yenicag.az “Anadolu” agentliyinə istinadən bildirir ki, avtomobillərin elektrikləşdirilməsi ilə akkumulyatorlara artan tələbat şirkətlərin və hökumətlərin rəqabət üçün bu sahəyə rekord investisiyalar qoymasına səbəb olub.

Belə ki, “Gələcəyin nefti” kimi təsvir edilən litium-ion batareyalar təkcə elektrik nəqliyyat vasitələrinin onurğa sütunu deyil, həm də ölkələr arasında rəqabətə səbəb olan elementlərdən biridir.

Xüsusən də Rusiya-Ukrayna müharibəsi və “COVID-19” pandemiyası bazara hakim olmaq istəyən şirkətlər və ölkələrin nəhəng investisiyalarla akkumulyator sənayesini formalaşdırmasına yol açıb. Analitiklərə görə, qarşıdakı dövrdə akkumulyator istehsal gücünü artırmaq üçün investisiyaların daha da artacağı gözlənilir. Bu fonda ümumi litium-ion batareya tutumunun yeni investisiyalarla 2026-cı ildə 4323 gigavatsaata, 2031-ci ildə isə 6693 gigavatsaata çatacağı gözlənilir.

Qeyd edək ki, avtomobil istehsalçılarının tamamilə elektriklə işləyən, emissiyasız avtomobillərə olan tələbatı ödəmək üçün yarışdığı indiki zamanda ABŞ yeni “batareya nəsli” yaradır.

Gülşən