Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin ərazisində və “Nardaran-2” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.