Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olundu

Bu gün batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsi ərazisində və “Zuğulba-3” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.