Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Qızılqum” və “Sabirabad” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1-i uşaq olmaqla 4 nəfər xilas edilib.