Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi

Dənizdə batma təhlükəsi üzləşən 5 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Nardaran” sularda xilasetmə məntəqələrinin ərazisində və “Qızılqum”, “Bilgəh” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.